Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu

İdman

20 Oktyabr 2026 10:55 89


Türkiyə Futbol Federasiyası (TFF) Vinsenzo Montella ilə yolların ayrılmasından sonra A Milli Komandanın baş məşqçisi vəzifəsinə Sergen Yalçını gətirib.

“Yeni Sabah” xəbər verir ki, tərəflər arasında 4 illik rəsmi müqavilə imzalanması barədə tam razılıq əldə olunub.

Təcrübəli mütəxəssis öz məşqçilər korpusu ilə birgə artıq işinə başlayır. TFF-nin keçirəcəyi iclasdan sonra təyinatın rəsmən elan edilməsi gözlənilir. pizza

"Beşiktaş" ilə Türkiyə Süper Liqasının və ölkə kubokunun qalibi olmuş 53 yaşlı mütəxəssis milli komandada ilk sınağına noyabr ayında çıxacaq. Türkiyə seçməsi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 12-də İzmirdə Belçika yığmasını qəbul edəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!