Portuqaliya Futbol Federasiyası (FPF) millinin kapitanı Kriştianu Ronaldo barəsində intizam tədbiri görüb.
“Yeni Sabah” xəbər verir ki, hücumçu təlim-məşq düşərgəsini icazəsiz tərk etdiyinə görə 30 günlüyə yığmanın heyətindən uzaqlaşdırılıb.
Ronaldoya 255 avro məbləğində rəmzi maliyyə cəriməsi tətbiq olunub. Cəzanın müddəti sentyabrın 30-dan hesablandığı üçün Ronaldonun noyabrın 14-dən etibarən yenidən millinin heyətinə qayıtmaq hüququ olacaq. pizza sifarişi
Kriştianu Ronaldo "Əl-Nassr" klubunun məşq prosesindən fotosunu sosial şəbəkə hesabında paylaşaraq klubundakı hazırlıqlara tam kökləndiyini nümayiş etdirib.
Nazim Hacıyev
Telegram kanalımız