ABŞ-ın Nyu-York şəhərində baş tutan BMT Su konfransı çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu arasında ikitərəfli görüş keçirilib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması məsələləri və Azərbaycanın bu çərçivədə fəaliyyətləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti 22-24 mart 2023-cü il tarixlərində dünya ölkələrinin iştirakı ilə Nyu-Yorkda BMT-nin Su Konfransında təmsil olunur. Konfrans çərçivəsində Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya həyata keçiriləcək. Dördpendirli pizza
Telegram kanalımız