Namaz qılmaq istəyən nazirə yer vermədi: “Bura Allahın evidir” - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Namaz qılmaq istəyən nazirə yer vermədi: “Bura Allahın evidir” - Fotolar

Dünya

23 Noyabr 2019 10:09 1375


Türkiyədə maraqlı hadisə baş verib.

“Yeni sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tükiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum cümə namazı qılmaq üçün getdiyi məsciddə gözləmədiyi reaksiya ilə qarşılaşıb. Vətəndaşlardan biri müftinin yanında namaz qılması planlaşdırılan nazirə yerini vermək istəməyib. 75 yaşlı Bilal Göbeloğluya “Nazir gələcək, sən arxaya keç” deyilsə də, kişi yerindən qalxmayıb.

“Bura Allahın evidir. Mən həmişə burda namazımı qılıram, kim gəlirsə gəlsin, yerimdən tərpənməyəcəm” – deyən yaşlı kişi nazir gəldikdən sonra da dediyindən dönməyib. O, Murat Kurumu tanımadığı üçün onun nazir olduğuna inanmayıb.

B.Göbeloğlu daha sonra jurnalistlərə açıqlamasında nazirlə söhbətindən danışıb: 

"Tanımadığım üçün ondan iki dəfə nazir olub-olmadığını soruşdum. O da ekologiya naziri olduğunu dedi. Mən isə bizim məhəllədəki türbəni təmir etdirməyini istədim. O da mənə kartvizitini verdi və ona zəng edə biləcəyimi dedi".

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!