Natiq Cəfərli: “Çörəyin qiyməti 30-35% arta bilər”

saytların hazırlanması

Evə çatdırılma

Natiq Cəfərli: “Çörəyin qiyməti 30-35% arta bilər”

Sosial

19 Aprel 2022 15:43 1288


"Ölkəyə idxal edilən taxılın həcmi azalıb, dəyəri isə artıb".

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb.

O qeyd edib ki, bu ilin yanvar-mart aylarında Azərbaycana 62 391,26 dollar dəyərində 182 864,17 ton buğda idxal edilib. Ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb. Dominos pizza

“Hər il xaricdən 1 mln. 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti isə son aylarda 30% artıb. Rusiya taxıl ixracına məhdudiyyətlər qoyub. Azərbaycan isə buğda təlabatının 80%-inə yaxınını Rusiyadan tədarük edir.

İndi Qazaxstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq. Yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35% civarında arta bilər”.

İqtisadçı qeyd edib ki, indiki durumda 3 çıxış yolu var.

“Təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25%-i keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır. Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.

Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!