30 Sentyabr - 00:10
NATO ABŞ-Çin gərginliyinə qarışmır

NATO ABŞ-Çin gərginliyinə qarışmır

Dünya

02 Avqust 2022 17:09 448


NATO ölkələri ABŞ-Çin arasında münasibətlərin gərginləşməsini diqqətlə izləyir, lakin onlar bunda iştirak etmir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Nensi Pelosinin Tayvana səfərinin mümkünlüyü ilə bağlı Brüsseldə NATO-nun mövqeyini şərh edən diplomatik mənbə danışıb.

O deyib: “NATO-nun baş qərargahı hələlik rəsmi şərhlərdən yayınır. Müttəfiqlər ABŞ və Çin arasındakı vəziyyətin, eləcə də siyasi ritorikanın kəskinləşməsini diqqətlə izləyir. NATO-nun təşkilat olaraq bunda praktiki iştirakı yoxdur.

“26-28 iyun tarixlərində Madriddə keçirilən sammitdə alyans yeni Strateji Konsepsiya qəbul edib və burada ilk dəfə olaraq, Çinlə münasibətləri araşdırır, onun NATO üçün sistemli rəqib olduğunu qeyd edir. Alyans ölkələri, həmçinin təhlükəsizlik çağırışları qarşısında Avropa və Amerika arasında transatlantik əməkdaşlığın toxunulmazlığını vurğulayıblar”.

Xatırladaq ki, Tayvan boğazında vəziyyətin gərginləşməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin paytaxt Taybeyə mümkün səfəri ilə bağlı yayılan xəbərlər fonunda baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!