Naxçıvanda yeni nazirlik yaradıldı 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni nazirlik yaradıldı 

Sosial

01 Noyabr 2023 17:12 477


Naxçıvan Muxtar Respublikasının (MR) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb. 

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Naxçıvan MR-in Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan MR-in Ali Məclisinə təqdim edəcək.  Pepperoni pizza

Kabinet, həmçinin Naxçıvan Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinə təqdim edəcək. 

Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktların uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!