Tanınmış iş adamı barədə həbs qərarı -   Bakıda görün nələr edib?!

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış iş adamı barədə həbs qərarı - Bakıda görün nələr edib?!

Sosial

24 Noyabr 2026 11:41 197


“Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyev xüsusilə külli miqdarda dələduzluq və vəzifə cinayətlərində ittiham olunur.

“Yeni Sabah” xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, Nizami rayonunda şirkət tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni mənzillərin uzun müddət verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı Ceyhun Quliyevin vətəndaşları mənzil satışı adı altında aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı müəyyən edilib. Bakıda online alış-veriş

İstintaq materiallarına əsasən, o, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzil və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşlardan pul alıb. Nəticədə çoxsaylı şəxslərə maddi ziyan vurulub.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə yenidən ittiham elan edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İbtidai istintaq başa çatdırılaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!