Nazir müəllimlərin savadsızlığından danışdı: “Uşaqlara nə öyrədəcəklər?”

saytların hazırlanması

Evə çatdırılma

Nazir müəllimlərin savadsızlığından danışdı: “Uşaqlara nə öyrədəcəklər?”

Sosial

13 Oktyabr 2022 10:12 906


“Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”. 

“Report” xəbər verir ki, bu fikirləri REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, bu ilk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır: Toyuqlu pizza

“Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?”

E.Əmrullayev hesab edir ki, çox ciddi problemlə üz-üzəyik:

“Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, sertifikatlaşdırmadan keçən 3 086 təhsilverən vəzifə maaşına 35 faiz, 5 590 müəllim isə 10 faiz əlavə alır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    YAXŞI OLARKİ SERTİFİKATLAŞDIRMANI DİREKTORLARDAN. VƏ NAZİRLİYİN PEDAQOJİ FƏALİYYƏTİ ZƏİF OLAN MƏMURLARINDAN BAŞLAYASINIZ. ONLARIN ÇOXU ZƏİF BİLİKLİDİRLƏR.
    4 years ago