İqtisadiyyat Nazirliyinin qurumu lisenziyaların uzadılmasına yarım milyon manatdan çox vəsait xərcləyəcək.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC lisenziyaların müddətinin uzadılması ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Prosesin həyata keçirilməsi məqsədi ilə “Bakinity Distribution” MMC ilə tərəflər arasında ümumi dəyəri 514 min 555,52 manat təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, “Bakinity Distribution” MMC barəsində daha əvvəl məcburi auditdən yayınma (İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi) faktı üzrə inzibati xəta protokolu tərtib olunub və işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılıb. Qanunvericiliyə əsasən, bu maddə üzrə hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Onlayn mağaza
Cəlalə Cəlalqızı
Telegram kanalımız