Dövlət tibb müəssisələrinə müraciətlər 6,7 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Dövlət tibb müəssisələrinə müraciətlər 6,7 faiz artıb

Sosial

24 Noyabr 2026 12:01 46


Cari ilin yanvar–oktyabr aylarında icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.

“Yeni Sabah” xəbər verir ki, 10 ay ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs tərəfindən ümumilikdə 22 milyon müraciət daxil olub və müraciət edənlərin 1,5 milyondan çoxunu uşaqlar təşkil edib. Göstərilən xidmətlərin 88 faizi ambulator, 12 faizi isə stasionar xidmətlərin payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar–oktyabr aylarında pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı isə 6,7 faiz artıb. ShopByBro

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!