İmişli Rayon İcra Hakimiyyəti rayonda şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri işləri ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
“Yeni Sabah” xəbər verir ki, prosesin həyata keçirilməsi üçün “İS.M.M.” MMC ilə tərəflər arasında ümumi maliyyə dəyəri 550 min 41,91 manat təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən şirkət 2004-cü ildə təsis olunub (VÖEN: 1400006201), nizamnamə kapitalı 2 897 170 manat təşkil edir. Onlayn mağaza
Cəlalə Cəlalqızı
Telegram kanalımız