Müdafiə Nazirliyi Ordunun avtomobil texnikalarına göstəriləcək təmir və servis xidmətləri işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, təmir və servis xidməti üçün “GARANTİ MOTORS BAKU” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalanıb.
Müdafiə Nazirliyi ilə şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 1,612,415 AZN (1 milyon 612 min 415 manat) təşkil edir. Toyuqlu pizza
Qeyd edək ki, müqavilə imzalanan şirkət bir neçə il öncə Dövlət Gömrük Komitəsinin diqqət mərkəzinə düşüb. Şirkət barəsində Qısa İdxal Bəyannaməsinin elektron formada vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib. Qanunvericiliyə əsasən, bu xətaya görə hüquqi şəxsləri 1500 manat məbləğində cərimə gözləyir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız