Nazirlik universitetdə baş verən hadisə ilə bağlı   məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik universitetdə baş verən hadisə ilə bağlı məlumat yaydı

Hadisə

28 Aprel 2026 17:30 166


Fövqəladə Hallar Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetində baş verən yanğınla bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın universitetin həyətində taxta tullantılarında başlayıb. Küləkli hava şəraiti müdaxiləni çətinləşdirsə də, yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Nəticədə 50 kv.m sahədə taxta materiallar, həmçinin binanın üzlüyünün bir hissəsi yanıb, iki pəncərə çərçivəsi zədələnib. Universitet binası yanğından qorunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!