Nazirlikdə “təmizləmə əməliyyatı“: 3 müşavir işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdə “təmizləmə əməliyyatı“: 3 müşavir işdən çıxarıldı

Sosial

15 Aprel 2022 09:39 748


Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 2-yə endirib.

Yenisabah.az "Report"a istinadən məlumat verir ki, nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid Abdullayev, Vüsal Musayev və Xalidə Mənsimovadır.

Bunlardan C.Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə direktor müavini vəzifəsinə keçirilib. pizza sifarişi

Nazirin digər keçmiş müşaviri X.Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.

P.Şahbazovun digər 2 müşaviri isə əvvəlki qaydada Zəminə Əliyeva və Vüsal Rəcəblidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!