Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədrinin seçilməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan qeyd edilib ki, müvafiq dəyişikliyin qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb:
“Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı keçirilmiş konfransda Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib. Müvafiq dəyişikliyin qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət daxil olmayıb”. Dördpendirli pizza
Qeyd edək ki, AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Bundan sonra Nizamnaməyə uyğun olaraq, ittifaqın rəhbəri səlahiyyətlərini birinci katib, məşhur Xalq artisti Şəfiqə Məmmədova icra etməyə başlayıb. Daha sonra İdarə Heyəti yeni sədr seçmək üçün qurultayın keçirilməsi barədə qərar qəbul edib.
Mayın 26-da “Landmark” hotelində keçirilən toplantıda (iştirakçılar bunu AKİ-nin növbədənkənar qurultayı adlandırır, qarşı tərəf isə qanunsuz yığıncaq-red) qurumun katibi, rejissor Əli İsa Cabbarov AKİ-nin yeni sədri seçilib. Lakin ittifaqın bir qrup üzvü tədbirə qatılmayıb və nəticələri tanımırlar.
Aydan Hacı
Telegram kanalımız