Neftçalada 4,9 milyonluq dövlət əmlakı satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada 4,9 milyonluq dövlət əmlakı satışa çıxarıldı

İqtisadiyyat

18 Sentyabr 2026 16:56 109


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonunun Sübh kəndində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edib.

“Yeni Sabah” xəbər verir ki, ümumi qiyməti 4 milyon 946 min 213 manat təşkil edən müəssisənin özəlləşdirilməsində yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar ən azı 8,5 milyon manat həcmində investisiya proqramı təqdim etməli və minimum 100 yeni iş yeri yaratmalıdırlar. Müqavilə bağlandıqdan sonra qalib tərəf dövlət büdcəsinə ən azı 2 milyon manat vəsait ödəməlidir. Toyuqlu pizza

Sənədlərin qəbulu 19 oktyabr 2026-cı il tarixinədək aparılacaq, qiymətləndirmə isə 21 oktyabrda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!