Ermənistanda zəncirvari yol qəzası -   8 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda zəncirvari yol qəzası - 8 nəfər öldü

Hadisə

03 Noyabr 2026 22:48 107


Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında İrəvan - Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. "Jeep Compass", "Opel Zafira", "Chevrolet Volt" markalı avtomobillər və yük maşını toqquşub. Marqarita pizza

Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş "Ermənistan" tibb mərkəzinə çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!