Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı   TƏCİLİ XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Sosial

04 Noyabr 2026 09:20 39


Respublikanın bir sıra ərazilərində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edilib.

“Yeni Sabah” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) görünüş məsafəsinin məhdudlaşması səbəbindən yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb.

Bildirilib ki, hazırda Abşeron yarımadası da daxil olmaqla, bir sıra bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında duman sürücülərin görmə məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Bu isə ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara səbəb ola bilər. Toyuqlu pizza

BDYPİ sürücülərə belə hava şəraitində sürət həddini düzgün seçməyi, nəqliyyat vasitələri arasında ara məsafəsini artırmağı, xarici işıq cihazlarının sazlığına diqqət yetirməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Piyadalara da müraciətdə sürücülərin dumanlı havada yolu və yol kənarlarını aydın görməkdə çətinlik çəkdikləri xatırladılıb, onlardan yolu keçərkən daha məsuliyyətli və diqqətli olmaları xahiş edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!