Mərkəzi Bank (AMB) 4 noyabr 2026-cı il tarixindən etibarən qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnələrə əsasən, ABŞ dollarının manata qarşı olan qiyməti sabitliyini qoruyaraq 1,7000 manat səviyyəsində qalıb.
Avropa valyutası olan avro və Türkiyə lirəsi manat qarşısında dəyər qazandığı halda, Rusiya rublunda ucuzlaşma müşahidə olunub. Belə ki, avronun məzənnəsi artaraq 1,9097 manata yüksəlib. Rusiya rublu isə geriləyərək 2,0796 manat (100 RUB üçün) təşkil edib. Türkiyə lirəsi məzənnəsində isə 0,0340 manat səviyyəsi qeydə alınıb. pizza
Telegram kanalımız