Qazaxıstanın Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi və ya üzv statusunda qoşulması ilə bağlı irəli təklifə Türkiyədən rəsmi və qəti "yox" cavabı gəlib.
“Yeni Sabah” xəbər verir ki, AKP-nin sədr müavini Kürşat Zorlu Ankaranın bu təklifə veto qoyduğunu bəyan edib.
O bildirib ki, təşkilata daxil olmaq üçün əsas hüquqi və mədəni meyarlar mövcuddur: Pepperoni pizza
"Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya Federasiyası bu tələbə cavab vermir".
G.Zorlu 1993-cü ildə təsis edilən TÜRKSOY-a Rusiyanın Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan kimi muxtar respublikalarının da qoşulduğunu xatırladıb. Lakin Rusiya rəhbərliyi 2015-ci ildə qəbul etdiyi qərarla bu federal subyektlərin TÜRKSOY-dakı fəaliyyətlərini birtərəfli qaydada dondurub.
Ankaranın bu mövqeyi TDT-nin fundamental prinsiplərinin qorunması kimi qiymətləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız