Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı:   Gəliri ŞOK ETDİ! - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı: Gəliri ŞOK ETDİ! - FOTOLAR

Sosial

03 Noyabr 2026 22:27 407


Bakının Xətai rayonunda aylıq 150 min manat icarə gəliri olan iri həcmli kommersiya obyekti satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Xətai metro stansiyasının yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 11 500 kvadratmetrdir.

Obyekt yüksək səviyyədə təmir olunub və 115 avtomobillik parkinq sahəsinə malikdir. Hazırda uzunmüddətli rəsmi icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Toyuqlu pizza

Elan məlumatına görə, obyektin satış qiyməti 30 milyon manatdır. Aylıq icarə gəliri 150 min manat, illik gəliri isə 1 milyon 800 min manat təşkil edir.

Beləliklə, obyektin satış qiyməti illik icarə gəlirinin təxminən 16,7 mislinə bərabərdir.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!