Maliyyə Nazirliyi 34,4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyi 34,4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib

İqtisadiyyat

03 Noyabr 2026 23:21 104


Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, 1080 gün (3 il) tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Yeni Sabah” xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib ki, bu da tələbin yüksək olduğunu göstərir.

Maliyyə Nazirliyinin qərarı ilə rəqabətli sifarişlər üzrə 34,4 milyon manat məbləğində dövlət istiqrazı yerləşdirilib. Hərracda istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti eyni səviyyədə – 99.3366 manat (gəlirlilik 7.25%) olaraq müəyyənləşib. Dominos pizza

Qeyd edək ki, sözügedən istiqrazların tam ödəmə müddəti 3 noyabr 2029-cu il tarixidir.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!