Ermənistanda 44 günlük müharibə dövründə baş verən hadisələrlə bağlı yeni və ciddi iddialar səsləndirilib.
"Yeni Sabah" xəbər verir ki, Ermənistan parlamentində Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədin müzakirəsi zamanı çıxış edən Edqar Kazaryan müharibə günlərində Şuşada yerləşən pul anbarının taleyi, inkassator avtomobillərinin hərəkəti və maliyyə vəsaitlərinin taleyi ilə bağlı araşdırma aparılmasını tələb edib.
Onun çıxışın ən diqqətçəkən hissəsi 44 günlük müharibə dövründə baş verən hadisələrlə bağlı olub. pizza hut
Kazaryan həmin vaxt Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini tutan Arqişti Kyaramyanın müharibə günlərində Qarabağda olmasına diqqət çəkib. Onun sözlərinə görə, fövqəladə hərbi vəziyyətdə təhlükəsizlik qurumunun rəhbəri komanda məntəqəsində olmalı idi. Kyaramyan sonradan vəzifəsindən azad edilsə də, Qarabağda qalmaqda davam edib. Kazaryan bu hadisənin indiyədək dolğun şəkildə izah edilmədiyini iddia edib. Erməni siyasətçinin səsləndirdiyi ən ciddi iddia isə Şuşadakı Mərkəzi Bank anbarı ilə bağlıdır. Kazaryanın sözlərinə görə, Qarabağda Ermənistan dramı dövriyyədə olduğundan Şuşada bu pul sisteminin fəaliyyətini təmin edən xüsusi anbar mövcud olub.
O, müharibə günlərində Şuşa istiqamətində inkassator avtomobillərinin görüntüləndiyini, həmin yolun müxtəlif hissələrində həlak olmuş hərbçilərin meyitlərinin aşkarlandığını xatırladıb. Kazaryan bu hadisələrin araşdırılmasını, Şuşadakı pul anbarından həmin günlərdə böyük həcmdə nağd vəsaitin çıxarılıb-çıxarılmadığının müəyyən edilməsini tələb edib.
O, həmçinin müharibədən sonra Ermənistan dramının dollar qarşısında məzənnəsində baş verən dəyişikliklərə diqqət çəkərək həmin dövrün maliyyə əməliyyatlarının da araşdırılmasının vacibliyini vurğulayıb. Kazaryan hesab edir ki, müharibənin iqtisadi və maliyyə tərəfi aydınlaşdırılmadan həmin günlərdə baş verənlərin tam mənzərəsini ortaya çıxarmaq mümkün deyil./Musavat.com
Telegram kanalımız