Uşaq götürmək istəyənlər bilməlidir: Bu şəxslərə icazə yoxdur - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Uşaq götürmək istəyənlər bilməlidir: Bu şəxslərə icazə yoxdur - RƏSMİ

Sosial

03 Noyabr 2026 23:04 120


Azərbaycanda son iki ildə uşaq övladlığa götürmək üçün 450-dən çox müraciət daxil olub. Müraciətlərin bir qismi isə qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən təmin olunmayıb.

Bu barədə Sosial Xidmətlər Agentliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2019-cu ildən bu günədək Azərbaycanda 933 uşaq övladlığa verilib. Onlardan 470-i oğlan, 463-ü qızdır. 2026-cı ilin ötən dövründə isə artıq 115 uşaq övladlığa verilib. Onlardan 58-i oğlan, 57-si isə qızdır. Pepperoni pizza

Agentlikdən bildirilib ki, imtina qərarları, əsasən, namizədlərin gəlirinin uyğun olmaması, namizədin müsahibə mərhələsindən keçə bilməməsi, xüsusilə övladlığagötürmə məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması hallarında verilib.

Qurumdan vurğulanıb ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların cəmiyyətə sağlam inteqrasiyası, hərtərəfli inkişafı və fərdi ehtiyaclarına uyğun qayğı ilə əhatə olunması sosial müdafiə siyasətinin əsas istiqamətlərindəndir.

Agentliyin məlumatına görə, övladlığa uşaq götürmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidirlər:

“Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Bu tələblər, ilk növbədə, uşağın təhlükəsiz, sağlam və əlverişli ailə mühitində böyüməsinin təmin edilməsinə, namizədlərin isə valideynlik vəzifələrini yerinə yetirmək imkanlarının qiymətləndirilməsinə yönəlib.

Belə ki, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacı və qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri üçün minimum yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə 30 yaş müəyyən edilib. Eyni zamanda, nikahda olmayan şəxslə övladlığa götürüləcək uşaq arasında yaş fərqi, qeyd olunan istisnalar nəzərə alınmaqla, 18-dən az olmamalıdır.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin, eləcə də valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslərin övladlığa uşaq götürməsinə icazə verilmir.

Bununla yanaşı, qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifəsindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək övladlığa götürmə hüququ ləğv edilmiş, habelə səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər də övladlığa götürən ola bilməzlər. Qanunvericilikdə nəzərdə tutulan digər məhdudiyyətlər də bu hüququn həyata keçirilməsinə maneə yaradır.

Övladlığagötürmə prosesində əsas meyar uşağın mənafeyinin üstün tutulmasıdır. Bu baxımdan, namizədlərin sosial, maddi və psixoloji vəziyyəti, valideynlik vəzifələrini yerinə yetirmək imkanları, eləcə də uşağın fərdi ehtiyaclarını qarşılamaq potensialı qiymətləndirilir. Prosesin müddəti qiymətləndirmə mərhələlərinin gedişindən asılı olaraq dəyişir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!