Enerji bazarında vəziyyət dəyişdikcə ölkələrin sahib olduğu neft ehtiyatları da yenidən gündəmə gəlir. Dünyanın ən çox neft ehtiyatına sahib ölkəsinin Səudiyyə Ərəbistanı olduğu düşünülsə də, siyahının zirvəsində başqa ölkə dayanır.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı il üzrə dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına sahib ölkələri açıqlanıb. Siyahı hərbi güc araşdırmaları ilə tanınan “Global Firepower”ın məlumatları əsasında hazırlanıb.
Dünyanın ən böyük neft ehtiyatına sahib ölkələri bunlardır: Dominos pizza
Venesuela – 303 milyard 806 milyon barrel
Səudiyyə Ərəbistanı – 258 milyard 600 milyon barrel
İran – 208 milyard 600 milyon barrel
Kanada – 170 milyard 300 milyon barrel
İraq – 145 milyard 19 milyon barrel
Küveyt – 101 milyard 500 milyon barrel
Birləşmiş Ərəb Əmirlikləri – 97 milyard 800 milyon barrel
Rusiya – 80 milyard barrel
Liviya – 48 milyard 363 milyon barrel
ABŞ – 38 milyard 212 milyon barrel
Nigeriya – 36 milyard 890 milyon barrel
Qazaxıstan – 30 milyard barrel
Çin – 26 milyard 23 milyon barrel
Braziliya – 12 milyard 715 milyon barrel
Əlcəzair – 12 milyard 200 milyon barrel
Beləliklə, ən böyük təsdiqlənmiş neft ehtiyatı Venesueladadır. Səudiyyə Ərəbistanı isə bu göstəriciyə görə ikinci yerdədir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız