İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə gedəcək. Lakin onun Nyu-York səfərinin əvvəlcədən planlaşdırıldığından xeyli qısa olacağı bildirilir.
“Yeni Sabah” xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, Netanyahu Nyu-Yorkda yalnız bir neçə saat qalacaq və gecəni şəhərdə keçirmədən İsrailə qayıdacaq. Netanyahunun təyyarəsinin əvvəlki səfərlərdə olduğu kimi JFK hava limanına deyil, Nyu-Cersidə yerləşən Newark hava limanına enməsi gözlənilir.
Məlumata görə, ABŞ Məxfi Xidməti səfərlə bağlı təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirir. Nyu-Yorkda Netanyahunun səfərinə qarşı geniş etiraz aksiyalarının keçirilməsi gözlənilir. İsrailin BMT-dəki nümayəndəsi Denni Danon daha əvvəl səfərin təxminən 24 saat davam edəcəyini bildirmişdi. Lakin son məlumata görə, Netanyahu BMT Baş Assambleyasındakı çıxışından sonra şəhərdə çox qalmayacaq. Dördpendirli pizza
Onun çıxışının sentyabrın 24-də, cümə axşamı günü keçirilməsi planlaşdırılır. Səfər ərəfəsində Nyu-Yorkda Fələstin tərəfdarı qrupların, həmçinin Netanyahu hökumətinə qarşı çıxan bəzi israilli və yəhudi qrupların etiraz aksiyaları keçirməyə hazırlaşdığı bildirilir.
Netanyahunun hava limanını dəyişməsi və səfər müddətini qısaltması şəhərdə gözlənilən etirazlar və təhlükəsizlik məsələləri ilə əlaqələndirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız