“Azərbaycanda bankların kredit qoyuluşları 2026-cı il avqustun 31-də 32 milyard 824,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 4 milyard 119,3 milyon manat və ya 14,4% çoxdur”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, kredit portfeli artımının 80%-i Bakının payına düşür:
“Məbləğ baxımından ən böyük artım Bakıda qeydə alınıb. Paytaxtda kredit qoyuluşları illik 3 milyard 251,7 milyon manat və ya 14,9% artaraq 25 milyard 65 milyon manata çatıb. Bu artım ölkə üzrə ümumi artımın təxminən 79%-nə bərabərdir. pizza hut
Kredit portfeli artımının, portfelin tamamının 80%-i Bakının payına düşürsə, şəhərdə tıxac da olacaq, dözülməz şərait də - məmləkətin bütün iqtisadi, sosial, mədəni fürsətlərini Bakıya toplayanda belə nəticə qaçılmaz idi.
Hər gün gördüyümüz, yaşadığımız nəticəni saatlarla müzakirə etsək nə dəyişəcək ki?! Bu nəticəni doğuran səbəblər yerindəcə durur, hətta artır da...”
Nazim Hacıyev
Telegram kanalımız