Nevroloqdan açıqlama: “Saakaşvili ölüm ayağındadır“

saytların hazırlanması

Evə çatdırılma

Nevroloqdan açıqlama: “Saakaşvili ölüm ayağındadır“

Dünya

11 Avqust 2022 16:34 881


Tbilisinin “Vivamed” klinikasında müalicə olunan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili ağır xəstədir.

Yenisabah.az “Qruziya Onlayn”a istinadla xəbər verir ki, bu barədə siyasətçini ziyarət edən nevroloq Otar Toidze məlumat yayıb.

Onun sözlərinə görə, yaxın günlərdə Saakaşvilini həkim qrupu ziyarət edəcək və keçmiş dövlət başçısının sağlamlıq vəziyyəti haqda yekun diaqnoz hazırlayacaq: pizza sifarişi

“Bir aya yaxındır ki, Saakaşviliyə baş çəkmirdik. Onun indiki vəziyyəti haqda biz yalnız KİV-dən və həkimlərlə qısa söhbətdən bilirik. Mixeil Saakaşvili birinci və sonuncu ziyarətim arasında dramatik fərq var. O vaxt onun nitqində və yeriməsində indi olduğu kimi problem yox idi. Bu, xəstəliyin üçüncü ağırlıq dərəcəsidir, yəni ölümqabağı mərhələsidir”.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti M. Saakaşvili mayın 12-də cəza çəkdiyi Rustaveli həbsxanasından “Vivamed” klinikasına köçürülüb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!