Nigar Tofiqin keçmiş nişanlısı ayrılığın səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Nigar Tofiqin keçmiş nişanlısı ayrılığın səbəbini açıqladı

Şou

15 Sentyabr 2026 11:42 121


Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqin keçmiş nişanlısı Xan nişanın pozulması ilə bağlı açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, “Şadlıq olsun” verilişində qonaq olan ifaçı aralarındakı ayrılığın xəyanətlə bağlı olmadığını bildirib:

“Beş cümlədən ibarət olan açıqlama məni cəmiyyət içinə çıxmağa qoymur. Xalqı bir müsahibə ilə mənim üstümə qaldırmaq nə deməkdir? Nigar xanımı qoşun xəttə, görək mən haçan ona xəyanət etmişəm? Müsahibə verəndə olduğu kimi verin. Ayrılığın nədən olduğunu deyin. pizza mizza

Bura qeybət qırmağa gəlməmişəm. Fatma xanıma da, Nigar xanıma da hörmətim var. Ona görə də susuram. Həqiqət odur ki, xasiyyətimiz uyğun gəlmədi. Nişan bir-birini tanımaq deməkdir. Ortada nə yalan, nə də xəyanət olub”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!