Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Bu avtobuslarla bağlı   MÜHÜM YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Bu avtobuslarla bağlı MÜHÜM YENİLİK

Sosial

03 Noyabr 2026 19:08 88


195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən qurulması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. pizza hut

Bu səbəbdən 195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!