Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 mümkün variantın nəzərdən keçirildiyini bildirib.
"Yeni Sabah" Sputnik-Armenia-ya istinadla xəbər verir ki, o eyd edib:
"Birinci variant ondan ibarətdir ki, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalır. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır". Dördpendirli pizza
N.Paşinyan qeyd edib ki, Ermənistan bu mövzudan imtina etmir:
"Mən deyə bilmərəm ki, biz anklav və eksklav mövzusundan imtina edirik və ya edə bilərik. Xeyr, bu məsələni həll etməliyik. Həll variantlarının necə olacağı isə müzakirə mövzusudur".
Baş nazir əlavə edib ki, daha sakit müzakirə üçün məsələ başqa müstəviyə keçirilib.
Xatırlatma: bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov delimitasiya prosesi çərçivəsində anklavlar məsələsinin həllinin vacibliyini bildirib.
Telegram kanalımız