Ərəb dünyasında milli geyimlərin – kişilər üçün tövb (kəndurə, daşdaşa), qadınlar üçün playsə abaya və hissə-hissə fərqlənən digər ənənəvi libasların – gündəlik həyatda nə dərəcədə istifadə olunması coğrafi, sosial-iqtisadi, siyasi və mədəni amillərdən asılı olaraq kəskin şəkildə dəyişir. Bu fərqlilik ərəb ölkələrinin vahid mədəniyyətə sahib olmadığını, hər bir cəmiyyətin özünəməxsus inkişaf yolu keçdiyini aydın göstərir.
“Yeni Sabah”ın araşdırmasına əsasən, ilk növbədə, coğrafiya və iqlim şəraiti əsas rol oynayır. Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Oman kimi Bəsrə körfəzi ölkələrində həddindən artıq isti və quru səhra iqlimi hökm sürür. Geniş, boş və açıq rəngli ənənəvi geyimlər bədəni bürünən günəş şüalarından və qumdan qorumaq üçün əsrlər boyu formalaşmış təbii bir həlldir. Əlcəzair, Tunis, Mərakeş kimi Şimali Afrika və ya Livan, Suriya kimi Levant ölkələrində isə iqlim daha mülayimdir, bu da Avropa geyim üslubunun gündəlik həyata daha asan daxil olmasına zəmin yaradıb.
Sosial-iqtisadi rifah və dövlət siyasəti də əsas amillərdəndir. Körfəz ölkələri sürətlə varlandıqca, milli geyim bir status, yerli vətəndaşlıq və imtiyaz rəmzinə çevrildi. Bu ölkələrdə əhalinin böyük əksəriyyətini əcnəbi işçilər təşkil etdiyi üçün yerli vətəndaşlar öz milli şəxsiyyətlərini qorumaq və əcnəbilərdən seçilmək üçün ənənəvi geyimə üstünlük verirlər. Hətta bir çox Körfəz ölkəsində dövlət idarələrində və rəsmi tədbirlərdə milli geyim geyinmək qanuni və ya sosial bir məcburiyyətdir. Əksinə, Misir, İordaniya və ya İraq kimi əhalisi çox olan ölkələrdə Avropa üslublu geyimlər daha ucuz, rahat və praktik hesab olunur. pizza sifarişi
Tarixi və mədəni təsirlər də bu fərqi dərinləşdirir. Fransız və ya ingilis müstəmləkəçiliyinə uzun müddət məruz qalmış Levant və Şimali Afrika ölkələrində qərb mədəniyyəti, təhsili və geyim tərzi cəmiyyətin gündəlik həyatına dərindən nüfuz edib. Əlcəzair və ya Livan kimi ölkələrdə qərb geyimi müasirlik və dünyəvilik göstəricisi kimi qəbul edildiyi halda, ənənəvi geyimlər əsasən kənd yerlərində və ya xüsusi bayramlarda istifadə olunur.
Son olaraq, urbanizasiya, qloballaşma və şəxsi həyat tərzi seçimləri gənclərin gyim vərdişlərinə birbaşa təsir edir. Müasir iş mühiti, beynəlxalq şirkətlər, idman və səyahətlər qərb üslublu geyimləri daha rahat edir. Buna görə də, bəzi ərəb ölkələrində milli geyim gündəlik həyatın ayrılmaz hissəsi olduğu halda, digərlərində o, yalnız mədəni irsin və tarixi yaddaşın bir simvolu olaraq xüsusi günlərdə xatırlanır.
Nazim Hacıyev
Telegram kanalımız