Niyə bəziləri ağ-qara, digərləri rəngli yuxu görürlər?   - MARAQLI İZAH

saytların hazırlanması

Evə çatdırılma

Niyə bəziləri ağ-qara, digərləri rəngli yuxu görürlər? - MARAQLI İZAH

Maraqlı

16 Avqust 2026 21:12 69


Ağ-qara yuxu görmək hər hansı bir xəstəlik və ya təhlükə siqnalı deyil, tamamilə normal hal hesab olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gazeta.ru-ya həkim-psixiatr, psixoterapevt və məhkəmə eksperti Anton Şestakov məlumat verib.

"Ümumiyyətlə, yuxuda rəng anlayışı düşündüyümüzdən daha az sabit olan bir detaldır. Gecə saatlarında beyin ənənəvi mənada "kino çəkmir" - o, xatirələrdən və duyğulardan ibarət obrazları bir araya gətirir. Bu zaman rəng tonu əksər hallarda ikinci dərəcəli detal kimi çıxış edir. Məhz bu səbəbdən bir çox insan yuxudan oyandıqdan sonra gördüyü yuxunun rəngli olub-olmadığını xatırlaya bilmir. Bu isə tamamilə normaldır", - deyə mütəxəssis izah edib. pizza mizza

Həkimin sözlərinə görə, reallıqda gördüklərimiz yuxuların rəng palitrasına əhəmiyyətli dərəcədə təsir göstərir. Ağ-qara ekran qarşısında böyüyənlər adətən belə yuxular görürlər. Uşaqlıqdan rəngli təsvirlərlə əhatə olunan şəxslər isə demək olar ki, həmişə rəngli yuxular görürlər. Yəni yuxunun tonu hər hansı bir problemin siqnalından daha çox, bizim vizual təcrübəmizin əksidir.

"Burada önəmli olan rəngin özü deyil, onu əhatə edən amillərdir. Əgər insan yuxularının solğunlaşdığını, bozardığını görürsə və bu, onun real həyatında da sevinc hissinin azalması, hər şeyin maraqsız və darıxdırıcı görünməsi ilə müşayiət olunursa, belə hal artıq psixoloji vəziyyətə diqqət yetirmək üçün əsaslı səbəbdir. Çox vaxt aşağı əhval-ruhiyyə özünü məhz bu cür büruzə verir: sanki dünya həm reallıqda, həm də yuxuda öz rənglərini itirir", - deyə psixiatr qeyd edib.

Narahatlıq doğuran əlamətlər təxminən bunlardır: yuxu artıq dincəlməyə kömək etmir, təkrarlanan ağır yuxular insanı narahat edir, səhərlər yorğunluq, gündüzlər isə həftələrlə davam edən depressiv hal müşahidə olunur. Əgər "rəngsiz" yuxulara bunlardan heç olmasa biri əlavə olunarsa, o zaman psixoterapevt, psixiatr və ya somnoloq kimi mütəxəssislərə müraciət etmək məsləhətdir.

Bu halda əsas məsələ yuxuların rəngi deyil, dəstəyə ehtiyacı olan ümumi sağlamlıq vəziyyəti olacaq.

"Əgər yuxarıda sadalananlardan heç biri yoxdursa və sadəcə yuxunun niyə rəngsiz olduğu sizi maraqlandırırsa, o zaman rahat yata bilərsiniz. Bu, heç bir diaqnoz deyil, sadəcə olaraq, bizim heyrətamiz beynimizin çoxsaylı xüsusiyyətlərindən yalnız biridir", - deyə həkim fikrini yekunlaşdırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!