“Ölkədəyəm, hələ xaricə getməmişəm. Elə indi kitabların arasında oturmuşam, oxuyaram, yazıram, yazdıqlarımı bir də araşdırıram”.
“Yeni Sabah” xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov bildirib.
O qeyd edib ki, kitabsız, mütaliəsiz mümkün deyil: Marqarita pizza
“Elmi, siyasi kitablar var, onları oxuyuram, bu, olmasa, darıxaram, yaşaya bilmərəm. O qədər çox kitab var ki… Kitablarıma yenidən “əl gəzdirirəm. Bəzi məlumatları yeniləyirəm. “Geosiyasətə giriş” adlı kitabım var. Uzun illər onun üzərində işləmişəm. O kitabı müəyyən təşkilatlara təqdim etmişəm. Ali məktəblər üçün dərs vəsaitidir. Onlar da bundan istifadə edirlər".
N.Məmmədov qeyd edib ki, Azərbaycanda belə bir əsəri hər adam yazmır. Dediyinə görə, böyük kitabdır, ondan alimlər, professorlar, tədqiqatçılar istifadə edirlər:
"Vacib kitabdır. Siyasətlə məşğul olan adamlar onu masaüstü kitab kimi istifadə edirlər. Oxuyur, araşdırırlar. Bu kitab uzun illər vaxtımı alıb. Kim bu sahə ilə maraqlanırsa, istifadə edə bilər”.
Telegram kanalımız