Nursultan Nazarbayev Bakıdadır - Foto
14 Okt 2019 14:57
283

Nursultan Nazarbayev Bakıdadır - Foto

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Yeni Sabah" bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Oxşar xəbərlər