Ukraynanın ağır əks-hücumunun ilk 2 həftəsində döyüş meydanına göndərilən silahların 20%-ə qədəri zədələnib və ya məhv edilib.
Yenisabah.az The New York Times-a istinadla xəbər verir ki, bu barədə ABŞ və Avropa rəsmiləri danışıb.
Bu rəqəmə Qərbin döyüş maşınları - ukraynalıların ruslara qarşı mübarizədə arxalandığı tanklar və zirehli maşınlar da daxildir. pizza sifarişi
Sonrakı həftələrdə heyrətamiz itki nisbəti təxminən 10%-ə düşdüyündən böyük hücum üçün lazım olan daha çox əsgər və maşına qənaət edilib.
Rusiya qoşunlarını artilleriya və uzaqmənzilli raketlərlə məhv etməyə yönəldərək onlar taktikanı dəyişib. Lakin itkilərə görə əks-hücum səngiyib, hətta bəzi yerlərdə dayanıb. İtkilərə baxmayaraq, ukraynalılar cənubda dənizə çatmaq və rus qoşunlarını iki hissəyə bölmək üçün niyyətinə az nail olub.
Telegram kanalımız