Nyu-Yorkda İsrailin baş naziri Binyamin Netanyahuya qarşı keçirilən aksiyada minlərlə insan küçələrə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyası üçün ölkəyə gələn İsrailin baş naziri Binyamin Netanyahuya qarşı etiraz aksiyası keçirilib. Fələstinə dəstək verən minlərlə nümayişçi "Times" Meydanında toplaşaraq BMT-nin baş qərargahının yerləşdiyi əraziyə doğru yürüş edib.
Nümayişçilər “Azad Fələstin, Azad Qəzza” şüarları səsləndirib. Aksiya zamanı “İsrail müsəlman uşaqları öldürür” yazılmış plakat da açılıb. Polis aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. BMT-nin baş qərargahı ətrafında xüsusi polis dəstələri də hazır vəziyyətdə saxlanılıb. Aksiya zamanı maraqlı görüntülərdən biri də İsrail televiziyasının canlı yayımı zamanı yaşanıb. Fələstin tərəfdarı olan bir şəxs müxbirin arxasında Fələstin bayrağı açıb. pizza sifarişi
Həmin anlar Nyu-Yorkda olan media əməkdaşlarının kameralarına düşüb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız