“O, hansı qayğıdır ki, qazi özünü öldürüb?!” – Flora Kərimovadan icra başçısına sərt sözlər 

saytların hazırlanması

Evə çatdırılma

“O, hansı qayğıdır ki, qazi özünü öldürüb?!” – Flora Kərimovadan icra başçısına sərt sözlər 

Sosial

13 İyul 2022 08:45 15632


Xalq artisti Flora Kərimova özünü yandıraraq intihar edən qazinin faciəsinə səssiz qalmayaraq sosial şəbəkədə paylaşım edib.

“Yeni Sabah” Musavat.com-a istinadən bildirir ki, Flora Kərimova qazini intihar həddinə çatdıranları tənqid edib:

"Bu, nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb, özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük? Dominos pizza

O igid müharibədə qardaş, yoldaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havayacan bu oğullara borcluyuq. Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bəs etmədi bu torpaq üçün şəhid olan 4 min şəhidin qanı ki, yarıcan canları ilə əlləşən qazilər də "qurban" olsun?!

İcra başçısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb?! Bəsdirin millətin hissiyyatı ilə oynadınız! Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq!"

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən 35 yaşlı qazi Elvin Cəfərov ötən gecə vəfat edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sahib
    SALAM,ƏGƏR BU QAZİNİ BU HƏDDƏ ÇATDIRAN ADAM MƏSULİYYƏT HİSS EDİRSƏ,ÇIXSIN MEYDANA,ÇLXMIRSA BU QARABAG QAZİSİNİN FACİƏLİ ŞƏKİLDƏ ÖZÜNÜ YANDIRMASINA SIBƏB OLAN DELİLLER ARAŞDIRƏLSIN,HEMİN İNSANLAR MISULİYYƏTƏ CƏLB OLUNSUN.MIN FLORA XANIM KƏRİMİVANIM DEDİKLIRİLƏ TAM RAZİYAM,ONA NƏ QAYGI OLUB Kİ ÖZÜNÜ YANDIRIB,BELE BİABIRÇILIQ HEÇ BİR YERDE YOXDU.Dehşətli bir faciədir söz tapmıram yazmaga
    4 years ago