Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət edib.
Yenisabah.az xəbər verir ki, İdarə avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasını vurğulayıb:
"Tətil günlərinin yol qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edirik". pizza
"Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır", - deyə məlumatda qeyd olunur.
Telegram kanalımız