Ölkədəın qaçan prezident geri dönmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Ölkədəın qaçan prezident geri dönmək istəyir

Dünya

26 İyul 2022 23:25 1044


Şri-Lankanın keçmiş prezidenti Qotabaya Racapaksanın vətəninə dönəcəyi gözlənilir.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, o, Sinqapura gəldikdən sonra iyulun 15-də istefa verib və müttəfiqi Ranil Vikremesinqhe keçən həftə parlamentdə yeni prezident seçilib.

Nazirlər Kabinetinin sözçüsü Bandula Qunavardena jurnalistlərə deyib: "Bildiyim qədər, onun geri dönəcəyi gözlənilir". Sözçü keçmiş prezidentin nə vaxt qayıdacağını bilmədiyini əlavə edib, lakin Racapaksanın nə gizləndiyini, nə də sürgündə olduğunu vurğulayıb. Sezar pizza

"Eks-prezident mümkün qədər tez evə qayıtmaq və Kolombo kənarındakı şəxsi iqamətgahında yaşamaq istəyir".

Bunu adının çəkilməsini istəməyən Şri Lanka hökumət rəsmisi deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!