Orbanın qardaşı barədə həbs qərarı verildi

saytların hazırlanması

Evə çatdırılma

Orbanın qardaşı barədə həbs qərarı verildi

Dünya

12 Noyabr 2026 00:03 43


Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı, iş adamı Aron Orbanın bir ay müddətinə həbs olunması barədə qərar qəbul edib. O, qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, üç nəfərin barəsində həbs və ev dustaqlığı qərarlarının qəbul edilməsində onların istintaqdan yayınmaq ehtimalı, törədildiyi iddia olunan cinayətin ağırlığı və beynəlxalq əlaqələri nəzərə alınıb. Məişət texnikası

İstintaqın versiyasına görə, Aron Orban və onun işgüzar tərəfdaşları şəxsi əlaqələrindən istifadə edərək Vyetnam vətəndaşlarının pul müqabilində Avropaya köçməsinə kömək ediblər. Onların Macarıstanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Şengen vizalarının rəsmiləşdirilməsinə yardım göstərdikləri və bunun qarşılığında şəxsi gəlir əldə etdikləri iddia olunur. Hesablamalara əsasən, 2024-cü ildə bu xidmətlərdən qanunsuz şəkildə 100-dən çox şəxs yararlanıb.

Qeyd edək ki, Aron Orban və iş üzrə daha üç nəfər noyabrın 9-da saxlanılıb. Həmin gün Budapeştdə və qonşu Peşt vilayətində axtarışlar aparılıb, sənədlər götürülüb.

Viktor Orban isə qardaşının həbsini özünə qarşı planın tərkib hissəsi adlandırıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!