Bakıda məşhur iş adamı avtomobilin altında qaldı, komaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı, komaya düşdü

Hadisə

11 Noyabr 2026 23:37 47


Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.

"Yeni Sabah" xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Şükürov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.

Bildirilir ki, Şənlik Şükürov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb. Məişət texnikası

Altı gün komada qalan iş adamı ötən gün ayılıb.

Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir.

Ş.Şükürov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!