Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançımız final görüşündə rəqibinə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Elektronika məhsulları
Qeyd edək ki, A.Kazımov turnirə 1/8 final mərhələsindən başlayaraq Tunis təmsilçisi üzərində qələbə qazanıb. Yarımfinalda meydan sahibi Seneqal idmançısını məğlub edən Adil finala yüksəlib. Həlledici görüşdə isə İordaniya təmsilçisi ilə qarşılaşan taekvondoçumuz yarışı ikinci pillədə başa vurub.
Telegram kanalımız