Arif Mirzəyev vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Arif Mirzəyev vəfat etdi - FOTO

Hadisə

11 Noyabr 2026 21:33 56


Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, musiqiçi uzunsürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.

Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb. İnternet mağaza

​Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasının nadir sintezini yaradan Arif Mirzəyev "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!