Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Siyasət

11 Noyabr 2026 19:57 65


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-də Azərbaycan pavilyonunda olub.

"Yeni Sabah" xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.

Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadırlar. Məişət texnikası


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!