Maşında musiqiyə qulaq asanlar   CƏRİMƏLƏNƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK

Sosial

11 Noyabr 2026 21:12 107


Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanda gecə saatlarında qonşuların dincliyini pozan şəxslər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bir çoxlarının diqqətindən yayınan bu qayda mənzillərdə, yaşayış evlərinin həyətlərində və ictimai yerlərdə səs-küy salmağa aiddir.

İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan səhər 07:00-dək ucadan mahnı oxumaq, musiqi alətlərində yüksək səslə ifa etmək, televizor, radio və digər səs cihazlarını gur səslə işlətmək qadağandır. Online alış-veriş

Qanunun tələblərini pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilə bilərlər.

Qeyd edək ki, bu qayda yalnız mənzillərə deyil, yaşayış evlərinin girişlərinə, həyətlərə, küçələrə, istirahət və digər ictimai yerlərə də şamil olunur./Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!