Nərmin Abdinova Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Nərmin Abdinova Avropa çempionu oldu

İdman

11 Noyabr 2026 22:30 58


Azərbaycan təmsilçisi Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, 18 yaşadək qızların mübarizəsində çıxış edən şahmatçımız VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Beləliklə, bütün görüşlərində qalib gələn Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib. İnternet mağaza

Qeyd edək ki, Azərbaycanın 18 yaşadək qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalını 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!