Rusiyanın ABŞ-dəki səfiri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın ABŞ-dəki səfiri vəfat etdi

Dünya

11 Noyabr 2026 22:58 64


Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev 67 yaşında qəfil vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi dərin hüznlə bildirir ki, noyabrın 11-də Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikitiç Darçiyev 67 yaşında qəfil dünyasını dəyişib", - deyə nazirliyin məlumatında qeyd olunub. Online alış-veriş

Nazirlik onu yüksək peşəkarlığa malik, ABŞ üzrə tanınmış mütəxəssis kimi xarakterizə edib və Darçiyevin Rusiya xarici siyasətinin ən məsuliyyətli istiqamətlərindən birində fəaliyyət göstərdiyini vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!