“Orda adam da ölə bilərdi“   - Sərt ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Orda adam da ölə bilərdi“ - Sərt ittiham

Sosial

18 Aprel 2022 15:45 1677


“Blogger mühitini də tərbiyyə etmək lazımdır”.

 Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O, rusiyalı blogger Hüseyn Həsənovun Bakıda keçirdiyi görüşdə kimin fanat kimi, kimin isə "iPhone" marağına görə yığışması mübahisəsinə rəy bildirib: pizza hut

“Bu gün gəncləri qınayıb, fərqli söz söyləmək düz olmaz. İnsanların sıx toplaşdığı yerdə həmişə emosiyalar yüksələ bilər. Qapalı məkanda bu kimi halların baş verməsi qaçılmazdır. Odur ki, görüşdə bu cür hal baş verməsin deyə, tədbirlər görülməliydi”.

G.Məmmədova görüşün təşkilatçılarını qınayıb:
 
“Bloggerə olan sevginin kökündə nə dayandığını deyə bilmərəm. Çünki həmin şəxsi tanımıram. Bu cür görüşlər düzgün təşkil edilsəydi, daha yaxşı olardı. Görüşün adı düzgün müəyyən edilməliydi. Bloggerin niyyəti nə idi? Xaos yaratmaq, ya kütləni başına toplamaq. Ciddi konfliktlər ola, adam ölə bilərdi.  Görüşün təşkilatçısı əvvəlcədən düşünməliydi ki, gənclər bu hala düşməsin. O yerdəki normal təşkilatçılıq yoxdur, belə hadisə qaçılmazdır.

Blogger mühitini də tərbiyə etmək lazımdır. Onun kökündə nə dayandığı açıqlanmalıdır. Görüşənlərin məqsədi araşdırılmalıdır. Bunu etsəydik, fikir yürütmək daha asan olardı”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!